Bakı şəhərinin 12 rayon icra hakimiyyətlərinin 2022‑2023-cü illər nikah yaşının 1 il azaldılması ilə bağlı statistikası açıqlanıb.
Yenicag.az-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 15 müraciət daxil olub Hamiləlik, uşağın doğulması və digər üzürlü hesab oluna biləcək səbəblər araşdırılmış nəticə olaraq 2023‑cü ildə 9 müraciət üzrə (Sabunçu rayonu‐4, Xəzər‐3, Suraxanı rayonu‐2) nikah yaşının 1 il azaldılmasına sərəncam verilib. Müraciətlərlə əlaqə dar vətəndaşlarla profilaktik söhbətlər aparılıb, ailələr nəzarətə götürülüb qanunvericiliyin tələbləri izah edilib və erkən evliliyin qarşısı alınıb. 2022‑ci ildə 5 müraciət üzrə icazə verilib. Bu da onu göstəriri ki, 2023‐ cü ildə erkən evliliklə bağlı müraciətlər üzrə icazələrin sayı artıb.
Azərbaycanın iqtisadi rayonlarının 2023‑cü il üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı statistikaya gəlincə, yerli rayon icra hakimiyyətlərindən aldığımız məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 293 (2022‑ci idə 269) erkən evliliyin qarşısı alınıb. Gədəbəy 29, Lənkəran 22, Abşeron 16, Şabran 15 rayonlarında erkən evlilik cəhdləri olub, qarşısı alınıb. Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzrlü səbəblər müəyyən edildikdən sonra 233 (2022‑ci ildə 271) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilibr. Statistik rəqəmlər göstərir ki, nikah yaşının 1 il azaldılması ilə bağlı verilən icazələrin sayında 38 (nikah) azalma var. Qarabağ (64 erkən evlilik) və Mərkəzi Aran (30 erkən evlilik) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir. 2022‑ci ildə Qazax‑Tovuz (59) və Mərkəzi Aran (40) rayonlarında erkən evliliyə daha çox meyl olub. Xüsusilə Bərdə‑26, Biləsuvar‑21, Ağca ‑ bədi‑20 və Yevlax‑15 rayonlarında nikah yaşının 1 il azaldılmasına daha çox razılıq verilib. Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətləri tərəfindən (Babək, Culfa və Sədərək Rayon) ümumilikdə 7 nəfərə nikah yaşının azaldılması ilə bağlı icazə verilib.