Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox hansı bölgədə uşaq dünyaya gətirildiyi açıqlanıb.
Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox Cəlilabad rayonunda (2170) uşaq dünyaya gəlib. Cəlilabad rayonunu 1225 uşaqla Şəmkir, 1143 uşaq sayı ilə Masallı rayonu izləyib.
Bakı şəhərində rəsmi qeydə alınmayan qadınlar tərəfindən 2813, Abşeron rayonunda 331, Sumqayıtda 506, Gəncədə 573, Kəpəzdə 382, Qazaxda 586, Göranboyda 470, Balakəndə 290, Ağstafada 378, Tovuzda 650, Gədəbəydə 459, Daşkəsəndə 138, Samuxda 188, Göygöldə 206, Zaqatalada 154 nikahdankənar uşaq doğulub.
Bundan başqa, Qaxda 103, Şəkidə 318, Qəbələdə 190, Astarada 541, Lənkəran şəhərində 952, Qubada 465, Şabranda 146, Göyçayda 169, Beyləqanda 373, Lerikdə 366, Yardımlıda 277, Qusarda 219, Xaçmazda 472, Ağcabədidə 473, Bərdədə 470, Neftçalada 115, Biləsuvarda 569, Salyanda 418, Yevlaxda 356, Mingəçevidrə 164, Ağdaşda 313, Ucarda 292, Kürdəmirdə 493, İmişlidə 631, Kəlbəcərdə 224, Laçında 112, Sabirabadda 899, Hacıqabulda 229, Şirvanda 191, Füzulidə 254, Ağdamda 368, Tərtərdə 230, Qobustanda 199, İsmayıllıda 106, Ağsuda 218, Şamaxıda 307, Naxçıvan Muxtar Respublikasında cəmi 327, Şərurda 172 nikahdankənar uşaq doğulub.
Nikahdankənar uşaqların ən az doğulduğu yerlər Xankəndi (3), Şahbuz (4), Culfa (19), Kəngərli (21), Sədərək (21), Naftalan (22), Naxçıvan şəhəri (25), Ordubad (27), Xocavənd (28), Xocalı (30), Babək (38), Xızı (42), Oğuz (47), Qubadlı (61), Zəngilan (64), Zərdab (66), Şuşa (74), Siyəzən (78), Cəbrayıl (96) rayonlarıdır.
Qeyd edək ki, bu il Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 26288 min uşaq doğulub. Onlardan 9592-si şəhər, 16696-sı kəndlərdə dünyaya gəlib.