NIKOIL | Bank-dan növbəti yenilik

İnkişaf strategiyasına əsasən NIKOIL | Bank ödəniş xidmətlərinin istifadəsində yeni imkanlar təqdim edərək müştərilərini sevindirməyə davam edir.

NIKOIL | Bank Hökumət Ödəniş Portalına inteqrasiya olunmaqla növbəti yeniliyə imza atıb. Sadə və rahat kütləvi ödəniş sisteminə kommunal ödənişlər, dövlət rüsumu, dövlət yol polisi cərimələri, təhsil ödənişləri, ipoteka ödənişləri, bütün növ sığorta ödənişləriüzrə servislər və digər xidmətlər daxildir.

İstəyən hərkəs NIKOIL | Bank-n bütün filiallarında quraşdırılan NikoilPay  vasitəsilə bu xidmətdən yararlana bilər. Beləliklə, NIKOIL | Bank lazımi ödənişlərin həyata keçirilməsi prosesini asanlaşdırmaqla həm müştərilərin Bankın əməliyyat zallarında növbə gözləməkdən xilas edir, həm dəonların vaxtına qənaət edir.Həmçinin, Bank müştərilərə HÖP vasitəsilə ödənişləri nağd qaydada həyata keçirmək imkanı təqdim edir.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

COP29