NIKOIL | Bank-ın ƏMƏK HAQQI LAYİHƏSİNƏ maraq artmaqdadır!

NIKOIL | Bank-ın sadə, müasir, rahat və eyni zamanda sərfəli əmək haqqı layihəsi orta və iri şirkətlərin əməkdaşlarının əmək haqqı prosesini daha da sadələşdirəcək. 2017-ci ilin birinci rübü ərzində NIKOIL | Bank-ın Əmək Haqqı Layihəyəsinə ölkənin 200-dən artıq iri şirkətləri qoşulmuşdur. Bu da Özəl sahibkarlıq sektorunun Banka etimadından xəbər verir. Bu həqiqətən də həm şirkətə, həm də onun əməkdaşlarına sərfəlidir.

Bu layihənin uğurla reallaşdırılmasının səbəbi də qərarların operativ həll edilməsi, Bank tərəfindən hər bir müştəriyə fərdi yanaşaraq onun hesablarının məxfilik və yüksək təhlükəsizliyinə zəmanət etməsidir. Bu layihənin üstünlükləri bunlardır:

• Sərfəli qiymət təklifləri
• 24 saat ərzində plastik kartların alınması
• Əmək haqqı kartlarının təmənnasız alınma imkanı (şirkətin əməkdaşlarının sayından asılı olaraq)
• Plastik kartların 3 ilədək müddətinə verilməsi
• SMS – bankinq xidməti
• İnternet-bankinq xidməti vasitəsilə distant əməliyyatlarının aparılması
• Müəssisənin ərazisinə bankomatın çatdırılması və quraşdırılması, bankomatın fasiləsiz işinin təmin olunması və xidmət olunması
• Bankın şirkətin ərazisində fasiləsiz rejimdə işləyən bankomatından əmək haqqının komissiyasız çıxarılması
• Şirkətin əməkdaşlarına fərdi şərtlərlə kreditlərin təqdim edilməsi

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativwww.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil