NIKOIL bank nizamnamə kapitalını 34 milyon manatadək artırdı – Yenicag.Az

Reklam

Reklam

NIKOIL | Bank 2018-ci ilin birinci yarımilliyinə yekun vurur, həmçinin nizamnamə kapitalının 34 mln. manatadək artması barədə bəyan edir.

Nizamnamə kapitalı artdıqdan sonra bankın ümumi kapitalı 106 mln. təşkil etmişdir, bu isə ümumi kapital üzrə minimal tələbdən 2 dəfə çoxdur. 10% minimal normada NIKOIL | Bank-ın kapitalının adekvatlıq əmsalı 28,3% təşkil etmişdir.2018-ci ilin 1-ci yarimilliyinin sonuna müştərilərin pul vəsaitləri 2017-ci ilin analoji tarixinə olan göstəricidən 10% artıq olmuşdur. 2018-ci ilin 1-ci yarımilliyi üçün xalis əməliyyat gəliri keçən ilin eyni dövrü üzrə olan gəlirdən 30% artıq olmuşdur. 2-ci rübün nəticələrinə əsasən bankın ani likvidlik əmsalı 114% təşkil etmişdir.
2018-ci ilin birinci yarımilliyi üzrə kredit portfeli 7% artmışdır. Bankın maliyyə kreditləşməsi sahəsində fəallığı ilə əlaqədar olaraq ən yaxın gələcəkdə kredit portfelinin növbəti artımı gözlənilir. NIKOIL | Bank həm fiziki şəxslərə, həm də kiçik və orta biznesə rahat və sərfəli kreditləşmə şərtləri təklif edir.

NIKOIL | Bank – Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri kimi əməliyyatları təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1520
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."