Reklam: High Technic
hightechnic

NIKOIL Bank təcrübə proqramını uğurla həyata keçirir

2017-ci ilin aprel ayından başlayaraq NIKOIL | Bank ali məktəbi yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadların cəlb edilməsi üçün təcrübə proqramının həyata keçirilməsinə başladı. Bu dövr ərzində təcrübə proqramını 58 nəfər uğurla keçmiş, onlardan 26-ı artıq daimi işlə təmin olunmuşdu. 

Proqram zamanı həmin gənclər müxtəlif şöbələrdə təcrübə keçmiş və beləliklə NIKOIL | Bank komandasının bir üzvünə çevrilmişdi. Onlara iş təcrübəsi ilə yanaşı, yeni bilik və bacarıqlara yiyələndikləri korporativ bank mühitində işləmək imkanı təqdim olunmuşdu. NIKOIL | Bankın bütün komandası gənc kadrların inkişafında fəal iştirak edir və onlara hərtərəfli dəstək verir.  

Təcrübə proqramı hazırda davam edir və NIKOIL | Bank təcrübə qazanmaq istəyən istedadlı gəncləri növbəti seçimlərdə iştirak etməyə dəvət edirik. Bütün maraqlanan şəxslər məktubun mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməklə [email protected] elektron poçt ünvanına tərcümeyi-hallarını göndərməlidir. 

 NIKOIL | Bank Bakı və Azərbaycanın regionlarında satış şəbəkəsi olan etibarlı maliyyə-kredit təşkilatıdır.  Bank fiziki və hüquqi şəxslərə bank xidmətlərinin bütün növlərini təklif edir. Bankın məhsulları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az saytına daxil olaraq və ya (012) 981 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/nikoilbank

www.yenicag.az

535