!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

«Nikoil» Bankın fırıldağı

!Reklam – Yazi

nikoyk (1)«Nikoil» Bank kreditə verdiyi avtomobilləri ödənişi gecikdirdiyinə görə müsadirə edir.

Məsələnin maraqlı tərəfi ondadır ki, bank maşınları məhkəmə qərarı olmadan vətəndaşların əlindən alır.
Belə bir problemlə bu gün vətəndaş Elşən Mərdiyev üzləşib.

O,  bildirib ki, bu gün «Nikoil» Bankın Badamdarda yerləşən 6 saylı filialının əməkdaşları krediti gecikdirdiyi üçün avtomobili müsadirə ediblər, amma heç bir rəsmi sənəd təqdim etməyiblər: «Mən uzun müddət Rusiyada yaşamışam. Heç orada «OMON» adamla belə rəftar eləmir. Bunlar mənimlə bandit kimi davrandılar. 90 SG 721 dövlət nömrə nişanlı avtomobili zorla əlimdən aldılar. Onlara dedim ki, krediti bir neçə günə ödəyəcəm, amma məhəl qoymadılar».

Məsələ ilə bağlı «Nikoil» Bankın 6 saylı filialı ilə əlaqə saxladıq.

Bankın məlumat mərkəzinin Nərmin adlı əməkdaşı  iş vaxtı bitdiyi üçün suala cavab verə bilməyəcəklərini dedi: «Hazırda iş saatı bitib. Sabah zəng edin, bu barədə məlumat verək. Çünki iş saatı bitdiyi üçün məsul şəxslər iş başında deyil»(arqument.az).

www.yenicag.az

954
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv