Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib.
Yenicag.az-ın məlumatına görə, N. Paşinyan həmkarı Giorgi Kvirikaşvili ilə təkbətək və iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcək.
Ermənistanın baş naziri iki günlük səfər çərçivəsində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə də görüşəcək.
N. Paşinyan Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə birgə Samtsxe-Cavaxeti bölgəsinə səfər edəcək və Axalkalaki şəhərində yerli etnik ermənilərlə görüş keçirəcək./APA/