!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nikolayevin atəşə tutulması zamanı Ukraynanın taxıl maqnatı öldü - FOTO

!Reklam – Yazi

Ukrayna Qəhrəmanı, ən böyük taxıl ticarəti şirkəti “Nibulon”un sahibi Aleksey Vadaturski iyulun 31-nə keçən gecə həlak olub. Nikolayevin atəşə tutulması zamanı onun evinə mərmi düşüb.

Bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim öz “Telegram” səhifəsində məlumat verib.

Məlumata görə, mərhum həyat yoldaşı ilə birlikdə dünyasını dəyişib.

Qeyd edək ki, oliqarx biznesmen “Forbes”in Ukrayna milyonçuları siyahısına daxil edilib və reytinqdə 15-ci yerdə qərarlaşıb. Onun sərvəti 0,5 milyard dollar həcmində qiymətləndirilirdi.

Xatırladaq ki, Ukraynanın Nikolayev şəhəri iyulun 31-nə keçən gecə saat 01:00-dan səhər saat 05:00 radələrinədək intensiv atəşə tutulub.

 

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv