!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Nikolun doğrulmayan ümidləri: "KTMT-dən Azərbaycana qarşı istifadə edə bilmədi" - ŞƏRH

!Reklam – Yazi

“Paşinyan və Ermənistan cəmiyyəti KTMT-dən Azərbaycana qarşı istifadə edə bilmədi”.

Bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan toplantısı, toplantıdan gözlənilənlər və real nəticələri şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, KTMT toplantısından gözlənildiyi kimi Azərbaycana qarşı hansısa addım atılmadı:

“Dünən İrəvanda KTMT-nin növbəti toplantısı keçirildi. Prinsipcə, bu toplantılardan geniş mənada nələrsə gözləməyə ehtiyac yoxdur. Çünki Rusiyanın diqtəsi ilə yaradılmış formal xarakterli bir təşkilatdır. Ermənilər tərəfindən gözlənti var idi. Paşinyan gözləyirdi ki, KTMT-dən Azərbaycana qarşı silah kimi istifadə edə biləcəklər. Məsələ ondadır ki, KTMT üzvlərinin əksəriyyətinin Azərbaycanla yaxşı münasibətləri var. Ona görə Paşinyanın narazılığına, incik notlu çıxışına baxmayaraq KTMT üzvü olan ölkələrin rəhbərləri Azərbaycana qarşı hansısa bir qərar qəbul olunmasında maraqlı deyillər və buna imkan da vermədilər.

Ermənistan cəmiyyətində etiraz ruhu aşılamağa çalışırdılar. Hətta etiraz aksiyası da təşkil etdilər. Nəticədə, Paşinyan KTMT-dən Azərbaycana qarşı istifadə edə bilmədi”.

Səxavət Məmməd

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv