Qəzaya düşən “Nikosayağı” ilə bağlı yeni RƏSMİ MƏLUMAT

“Bloqer Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır”.

Yenicag.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı sorğusuna cavab olaraq bildirilib.

“Sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilən xəstə Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır. Müayinələr zamanı xəstədə sağ və solda birinci qabırğaların sınığı da aşkar olunub. Hazırda dinamik müşahidə və müalicəsi davam etdirilir”.

Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

COP29