Gənc aktrisa Cəmilə Tağızadə dedi-qodulardan bezib. Haqqında çıxan son şaiyədə deyilir ki, “Əli və Nino” filmində qulluqçu rolunu oynadığı halda, özünü “Nino”nun rəfiqəsi kimi təqdim edir.
Bu barədə Yenicag.az-a açıqlama verən C.Tağızadə bildirib ki, “Əvvəla rol roldur. Rejisor hansı rolu uyğun görərsə, aktyor və aktrisa onu da oynayar. Qulluqçu rolunda oynayaram, polis rolunu da, oğru rolunu da. Aktrisa hər rolu oynamağa hazır olmalıdır. Mənim işim rol oynamaqdır. Ancaq burada mən Ninonun rəfiqəsi rolunu oynayıram. Bu barədə filmin Vikipedia səhifəsində də qeyd olunub. Fəqət buna rəğmən bəziləri israrla məni qaralamaq, sənətimə kölgə salmaq istəyirlər. Onlara sözüm budur ki, ağılsız köpəklər hər zaman ulduza hürürlər”.
Qeyd edək ki, “Əli və Nino” Qurban Səidin ilk dəfə 1937-ci ildə nəşr edilmiş eyni adlı romanı əsasında romantik dram janrında, Kristofer Hemptonun ssenari müəllifliyi, Asif Kapadianın rejissorluğu ilə çəkilən bədii filmdir. Filmdə “Möhtəşəm Yüz il” serialından tanıdığımız Halit Ergenc Fətəli xan Xoyski roluna çəkilib.