Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Copenhagen Fashion Week” moda şousunda iranlı dizayner Reza Etimadinnin MUF10 brendinin yeni kolleksiyası nümayiş olunub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, nümayiş zamanı podiuma çarşablı, niqablı və burkalı modellər çıxıb. Onlar polis forması geyinmiş kişi modellərlə görüşüb, polislərdən çiçək dəstələri alıblar.
Dizayner bildirib ki, bu nümayiş Danimarkada ictimai yerlərdə qadınların niqabda və burkada dolaşmasına qoyulmuş qadağaya etirazdır.