İngiltərə Premyer Liqasında mübarizə aparan “Stok Siti”nin futbolçusu Saido Berahino Sevgililər günündə nişanlısı Stephania Kristoforouya xəyanət edib.
Yenicag.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Stephania nişanlısı ilə birlikdə yaşadığı evə gələrkən onu model Çelsi Lovelace ilə görüb.
Berahino cazibədar modeli 3 saat evdə gizlətməyə çalışsa da, buna nail ola bilməyib. Qapıda dayanan nişanlısı qışqırmağa başlayıb.
İddialara görə, hadisə yerinə gələn futbolçunun bacısı Stephanianı nisbətən sakitləşdirə bilib.
Qeyd edək ki, Saido Berahino daha əvvəllər də müxtəlif qadınlarla yaşadığı macəralara görə gündəmə gəlib.