“Nissan” 2 milyona yaxın avtomobili geri çağırdı

“Nissan” şirkəti ABŞ-da 1,9 milyon avtomobili geri çağırıb.

Yenicag.az-ın məlumatına görə, qərar avtomobillərin kapotunda qeydə alınan problemlə bağlıdır.

Məlumata görə, avtomobillərin kapotu hərəkət zamanı öz-özünə açıla bilər.

Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş “Altima” modellərinə şamil edilib.

Qeyd edək ki, bu problemlə əlaqədar olaraq həmən avtomobillər bundan öncə də 3 dəfə geri çağırılıb.

Рейтинг@Mail.ru Яндекс.Метрика