“Niva” traktora çırpıldı – Ölən var

Neftçala rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, 1984-cü il təvəllüdlü yerli sakin Qurbanov Vasif Vaqif oğlu rayonun Xıllı qəsəbəsində idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən qoşqulu traktora çırpılıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./Report/