“Anam dünyasını dəyişəndən sonra qardaşım depressiyaya düşdü”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı öz verilişində deyib.
Sənətçi müğənni qardaşı İlhamın anasının vəfatından sonra ilk dəfə efirə çıxdığını bildirib:
“Qardaşım anama çox bağlı idi, onun vəfatından sonra heç studiyaya belə getmək istəmədi. Anamın ölümündən on il keçib, hələ də onun yoxluğu ilə barışmır. Amma artıq bunu qəbul etmək lazımdır, ata-anamız öz valideynlərinin yanına gedib. Biz də yaşamalıyıq ki, öz övladlarımızın yanında ola bilək. Qardaşım heç vaxt mənim dəstəyimdən istifadə etməyib”.
Xuraman qardaşına “Niyə indiyə qədər mənim dəstəyimdən istifadən etmədin” sualını da ünvanlayıb.
Qardaşı Xuramana reklama ehtiyacı olmadığını bildirib.
Nehru