!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Niyə ərə getmirsən?” – Efirdə qalmaqal – VİDEO

!Reklam – Yazi

ARB-nin “Səhər-səhər” verilişində aparıcı Elgiz Əkbərlə əməkdar artist, aktrisa Nahidə Orucova arasında söz atışması olub.

Yenicag.az xəbər verir ki, Elgiz çoxuşaqlı ulduzlardan danışıb:

“Verilişlərin birində dedilər ki, kiminsə altı uşağı var, biri yanındadır, beşi onun-bunun qapısında, küçələrə düşüb. Buna görə də dedim ki, elə bir uşaq olsa yaxşıdır”.

Aktrisa N.Orucova bu sözün qarşılığında Elgizə “Ona görə bir qızın var?” sualını verib.

Sualdan inciyən Elgiz aktrisaya belə cavab verib:

“Qocalmışam ki? Həyat davam edir, hələ vaxt var, yavaş-yavaş olacaq. Amma siz deyirsiniz ki, ”stop”, ailə qurmayacam, uşaq dünyaya gətirməyəcəm. Belə fikriniz yoxdursa, bəs niyə bu qədər xərc çəkib, bıçaq altına girdiniz, əməliyyat olundunuz?”.

N.Orucova onun sözlərindən narazı qalıb:

“Bıcaq altında yatmamışam. Arıqlamağım sağlamlığımla əlaqədardır. Çox təəssüflənirəm ki, uşağımın bacısı, qardaşı yoxdur. Ancaq ikinci uşağı böyütmək üçün vaxtım olmadı. Bir də ki, mənim uşaq doğan vaxtımdır?”

Nehru

www.yenicag.az

5230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv