“Niyə “Eurovision” da hərbi geyimdə çıxış etmir?”

img2078209Tanınmış müğənni Elnarə Xəlilova bu il “Eurovision 2016” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən təşkilatçıları tənqid edib.

BAKU.WS məlumat verir ki, müğənni şəxsi Instagram hesabında Səmranın fotosunu paylaşaraq, fikirlərini yazıb:

“Niyə Azərbaycan “Eurovision” da bu gün hərbi geyimdə çıxış etmir? Niyə sətiraltı da olsa mahnıda Qarabağa eyham vurmur? Niyə səsimizi bütün dünyaya duyurmuruq ki, 24 ildi işğalçı bir dövlət tərəfindən soyqırıma məruz qalmışıq dəfələrlə? Amma bizim yerimizdə Ermənistan olsaydı indi Qarabağda ulu babalarının bir vaxtlar əkdiyi ərik ağacına həsr edilmiş və səhnələşdirilmiş performansları ilə bütün dünyaya öz qondarma soyqırımlarını yedizdirmişdilər bu dəqiqə. Axi biz niyə həmişə “fora” veririk? Gözləyirik ki, yeməyənin payını yesinlər? Niyə hazır fürsət ikən bütün dünyaya bizi işğal ediblər deyə qışqırmırıq?”

Qeyd edək ki, “Eurovision 2016” mahnı müsabiqəsinin birinci yarımfinalı bu gün, ikinci yarımfınalı mayın 12-də, final isə 14-də baş tutacaq. S.Rəhimli müsabiqədə ölkəmizi “Miracle” mahnısı ilə təmsil edəcək.