Niyə haqsız ikən belə haqlı olduğumuzu düşünrük? – ELMİ CAVAB

Demək olar, hər kəs həyatının müəyyən anında haqsız vəziyyətdə olmasına baxmayaraq, özünün haqlı olduğunu düşünüb və müdafiə edib. Bəs bunun səbəbi nədir?

Yenicag.az xəbər verir ki, bir qrup alim bu fenomen barədə araşdırma aparıb.

“PLOS One” adlı elmi jurnalda yayımlanan məqaləyə görə, aparılan təcrübə-tədqiqatlarla müəyyən edilib ki, insanların haqsız vəziyyətlərdə belə haqlı olmalarını düşünməsinin birinci səbəbi əllərində bütün arqumentlərin olduğuna dair gizli stereotiplərin mövcud olmasıdır.

Ohayo Universitetindən olan tədqiqatçı Anqus Fletçer bunu belə açıqlayır: “Ümumiyyətlə, insanların bir saniyə dayanıb daha şüurlu qərar vermələrinə səbəb olacaq daha ətraflı məlumata sahip olub-olmadıqlarını düşünmədiklərini tapdıq”.

COP29