Bir çoxları qəhvəyi və ya hətta qaralmış banan yeməkdə pis bir şey görmürlər. Ancaq başa düşməlisiniz ki, belə meyvələri sevmək çox xoşagəlməz nəticələrə səbəb ola bilər.
Yenicag.az xəbər verir ki, bunun insan sağlamlığına ciddi ziyan verməsi mümkündür.
Bəs, belə banan yeyən insan hansı problemlərlə üzləşə bilər?
Çox yetişmiş banan mədə və bağırsaqlara yükü ciddi şəkildə artırır. Banan nə qədər tünd olarsa, tərkibində bir o qədər tiramin olur. Bu birləşmə qan təzyiqini artırır.
Qəhvəyi bananda çoxlu şəkər var. Əgər bananda çürümə əlamətləri varsa, artıq onu yeməkdən tamamilə çəkinməlisiniz. İnsan belə meyvələrdən zəhərlənə bilər./ Moderator.az/