Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, şəhər mədəniyyət və turizm idarəsinin təşkilatçılığı ilə Gəncədə tanınmış rəssam Məhər Məhərrəmovun dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunan “Xəmsə” adlı fərdi sərgisi açılacaq.
Sərgidə rəssamın Nizami Gəncəvi yaradıcılığının ölməz inciləri olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarının vitraj üslubunda (şüşə üzərində rəsm) işlədiyi 40-dək əsəri təqdim olunacaq(axar.az).