Xəbər verdiyimiz kimi, “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilinərək saxlanılıb.
Ancaq maraqlıdır ki, xəbər yayılandan sonra nə Daxili İşlər Nazirliyi, nə də Baş Prokurorluq onların saxlanılması ilə bağlı xəbəri təsdiq edib. Qurumlardan futbolçuların saxlanılması ilə bağlı onlarda məlumat olmadığı bildirilib.
Yenicag.az-ın redaksiyasına daxil olan məlumata görə, adıçəkilən futbolçular Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsində dindirilir. Onlar ötən gündən etibarən sözügedən idarəyə aparılıb. Bu barədə həmin şəxslərin ailələrinə də məlumat verilməyib. Nizami Hacıyevin ailə üzvləri də ötən gündən etibarən ondan xəbər ala bilmirlər.
Futbolçuların nə zaman sərbəst buraxılacağı və ya məhkəmə qarşısına çıxarılacağı bəlli deyib.