!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Nizami ilə Mirhüseynin əməlinin üstünü açan səs yazısı - Şok təfərrüat  

!Reklam – Yazi

AFFA İntizam Komitəsi tərəfindən ömürlük futboldan uzaqlaşdırılan “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovun əməlindən klub rəhbərliyinin necə xəbərdar olması ilə bağlı şok təfərrüat məlum olub.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, adıçəkilən oyunçular “Neftçi” ilə matç üçün bukmeker kontoruna pul qoyuluşu edərkən, bunu komanda yoldaşlarına da təklif ediblər. Bu futbolçular arasında Fuad Bayramov, Samir Zərgərov və İlkin Qırtımov da olub. Nizami ilə Mirhüseyn bundan rəhbərliyin də xəbərinin olduğunu bildiriblər.

Lakin digər futbolçular buna razılaşmayıb. Nəticədə söhbət rəhbərliyə qədər çatıb. Fuad Bayramovla öz otağında söhbət edən klub prezidenti Zaur Axundov futbolçu ilə danışarkən onun səsini yazıb. Bu səsyazısı da futbolçuların əməlinin üstünü açıb.

Bundan sonra da aiddiyyatı qurumlara müraciət olunub. Nəticədə futbolçular öz əməllərini etiraf ediblər.

Nizami Hacıyevin də sükutu pozmamasının səbəbi məhz budur.

EMİN SƏFƏROV

www.yenicag.az

9933
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv