Nizami Kino Mərkəzində yeni təyinat

Nizami Kino Mərkəzində yeni təyinat olub.

Yeniçag.az xəbər verir ki, Kinomərkəzin Mətbuat xidmətinin rəhbəri Arzu Əhədova kino işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A. Əhədova Bakı Dövlət Universitetin məzunudur. O, müxtəlif vaxtlarda M.F.Axundov adına Milli Kitabxanada, Azərbaycan Dövlət İnformasiya Agentliyi -AzərTAc-da çalışıb.