Nizami rayonunda 52 yaşlı qadını avtomobil vurdu

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, avtomobil yolu keçən 1971-ci il təvəllüdlü Rzayeva Vüsalə Fərəc qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.