Nizami Səfərov seçiciləri ilə görüşlərini davam etdirir – FOTO

102 saylı Samux-Şəmkir seçki dairəsindən namizədliyi qeydə alınan Nizami Səfərov seçiciləri ilə görüşlərini davam etdirir.

Oxu.Az xəbər verir ki, budəfəki görüşlər Samuxun Kolayır, Yenikənd, Qaraağaclı və Köbər kəndlərinin sakinləri ilə baş tutub.

Görüş zamanı N.Səfərov kənd sakinlərinin problemlərini dinləyib.

Bundan başqa, deputatlığa namizəd seçki platforması ilə bağlı seçicilərini məlumatlandırıb.