!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nizamlama prosesi çərçivəsində Brüsseldə aparılan danışıqlara etimad daha çox olsa da...” – MÖVQE

!Reklam – Yazi

“Rusiya Azərbaycana münasibətdə qərəzli mövqe tutur və prosesin müsbət yekununda maraqlı deyil”.

Bu fikirləri Rusiya ilə Qərbin Azərbaycan və Ermənistan arasında nizamlama prosesində təşəbbüsə yiyələnməyə yönəlik cəhdlərini şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nizamlama prosesində Qərblə Rusiya arasında rəqabətin yaşandığı açıq müşahidə olunur:

“Hazırda “soyuq müharibə” vəziyyətində olan Rusiya ilə Avropa İttifaqının, ABŞ-nin Azərbaycanla Ermənistan arasında nizamlama prosesinə təsir uğrunda rəqabəti, əlbəttə ki, problemli məsələdir.

Bildiyiniz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə dekabrın 7-də Brüsseldə planlaşdırılan danışıqlarda Fransa prezidentinin də iştirakını istəməsindən sonra bu görüşlə bağlı ciddi qeyri-müəyyənlik yaranıb.

Bundan sonra Rusiya hərəkətə keçərək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünün keçiriləcəyi anonsunu verdi. Yəni bu məsələdə Qərblə Rusiya arasında rəqabətin yaşandığı açıq müşahidə olunur.

Amma Qərb ölkələrindən fərqli olaraq, Rusiya məlum üçtərəfli bəyanata imza ataraq üzərinə konkret öhdəliklər götürsə də, onların icrasından hələ ki yayınır. Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti isə bəzi hallarda Azərbaycan əleyhinə təxribatçı fəaliyyətlə məşğuldur.

Bu sırada separatçılara Ermənistandan silah daşınmasına imkan verməkdən tutmuş, toponimlərin dəyişdirilməsinə qədər bir çox məqamları sadalaya bilərik. Ancaq Rusiya bununla bağlı ölçü götürmək əvəzinə, özünü görməzliyə vurur. Bu günlərdə yüksək səviyyəli Rusiya nümayəndə heyəti də Bakı və İrəvana səfər etdi. Amma nə dəyişib? Heç nə. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Azərbaycana münasibətdə qərəzli mövqe tutur və prosesin müsbət yekununda maraqlı deyil.

O baxımdan, Brüsseldə aparılan danışıqlara etimad daha çox olsa da, mövcud reallıq bundan ibarətdir ki, Rusiya bu prosesə məhz özünün nöqtə qoyması üçün Qərbin təşəbbüslərini əngəlləməyə çalışacaq”.

A.Zeynalov

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv