“ABŞ-ın dövlət katibi Blinken də Münxendə Azərbaycan və Ermənistan liderləri ilə müzakirələr apardı”.
Bu fikirləri Münxen Təhlükəsizlik Konfransından sonra Azərbaycanla Ermənistan Azərbaycan arasında münasibətlərin mümkün inkişafını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynlinin fikrincə, mövcud şəraitdə gərginlik tərəflərin heç birinə sərf etmir:
“Ehtimal və ümid edək ki, bundan sonra proseslər sülhə doğru gedəcək. ABŞ-ın dövlət katibi Blinken də Münxendə Azərbaycan və Ermənistan liderləri ilə müzakirələr apardı. Eyni zamanda, konfransda İlham Əliyev və Nikol Paşinyan arasında da görüş keçirildi.
Bütün bunlar kifayət qədər əhəmiyyətli məsələlər olaraq, hər iki tərəfdən ciddi siyasi iradə və proseslərin gedişinə ardıcıl münasibət tələb edir. Fikrimcə, indiki məqamda gərginlik yox, danışıqların intensivliyi artacaq”.
Səxavət Məmməd