Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Njdeyə abidə qoyulması o deməkdir ki, faşistlik ermənilərin xislətindədir” – Partiya sədri

Reklam: High Technic

“Ermənilər öz mövcudluqlarına görə əvvəl Çar Rusiyasına, daha sonra isə Sovet Rusiyasına borclu idilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Rusiyanın TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində Ermənistanda faşist cəlladlarının ideallaşdırılması haqda fikirkərinə münasibət bildirən Xalq-Demokratik Partiyasının (AXDP) sədri Rafiq Turabxanoğlu deyib.

AXDP sədrinin sözlərinə görə, beynəlxalq ictimaiyyətin etirazına baxmayaraq, işğalçı Ermənistan faşizm əlaltılarını “qəhrəmanlaşdırmaqda” davam edir:

“Bu, heç kəsə sirr deyil ki, ermənilər tarix boyu öz maraqları naminə istənələn qüvvəyə yarınıblar, onların əlaltısına çevriliblər. Tarixin hansı mərhələsinə baxsaq, bu fikirləri təsdiq edən çox sayda nümunə tapa bilərik.

Hətta o dərəcədə irəli gediblər ki, ermənilərin bir qismi eyni qüvvənin yanında, başqa qismi isə qarşısında olub. Onlar hesablayırlar ki, bu qüvvə qalib olsa onunla, məğlub edilsə, rəqibi ilə əməkdaşlıq etsinlər. İndi ermənilərin Rusiyaya münasibətində də həmin siyasətə uyğun davranılır.

Bəli, İkinci Dünya Müharibəsinin gedişində çox sayda erməni faşistlərlə əməkdaşlıq yolunu tutdular, onların əlaltılarına çevrildilər. Baxmayaraq ki, onlar öz mövcudluqlarına görə əvvəl Çar Rusiyasına, daha sonra isə Sovet Rusiyasına borclu idilər. Görəndə ki müharibənin əvvəlində almanlar üstün vəziyyətdədirlər, tez onların tərəfinə keçdilər.

Erməni faşistlərinin əsas fiqurlarından biri Qaregin Njde olub. Müharibədən sonra onu ələ keçirib edam etdilər. Lakin Ermənistan rəhbərliyi bir neçə il əvvəl İrəvanda onun böyük abuidəsini ucaltdı. Bu addım Rusiyada, İsraildə və başqa ölkələrdə ciddi etirazla qarşılandı. Amma o abidə hələ də sökülməyib. Njdeyə abidə qoyulması o deməkdir ki, faşistlik ermənilərin xislətindədir.

Azərbaycan rəhbərliyi haqlı olaraq, ermənilərin faşizm sevdasını hər zaman ifşa edir və beynəlxalq diqqəti bu məsələyə yönəldir”.

Aqil Bəkir

www.yenicag.az

490