Amerikalı fizik Con Qudenaf vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə alimin işlədiyi Texas Universiteti məlumat yayıb. Qeyd edilib ki, litium-ion batareyaların yaradıcılarından biri, kimya üzrə Nobel mükafatı almış Con Qudenaf 100 yaşında vəfat edib.
Qeyd edək ki, o, 2019-cu ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.