86 yaşına altı gün qalmış məşhur yazıçı Vidiadxar Naypol vəfat edib.
Yenicag.az xəbər verir ki, yazıçının həyat yoldaşının yaydığı məlumatda Naypolun ailəsinin yanında vəfat etdiyi bildirilib.
Naypol 1932-ci ildə Trinidad və Tobaqoda anadan olub. 1971-ci ildə “Asılmış vəziyyətdə” (In a Free State) əsərinə görə Buker mükafatını qazanıb. Daha sonra həmin əsər onilliyin ən yaxşı əsər siyahısına əlavə edilib.
2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.