İsveçrədə hər il tibb, fizika, kimya, əsəbiyyat, sülh və iqtisadiyyat kateqoriyalarında verilən dünyanın ən prestijli mükafatlarından olan Nobel üçün koronavirus pandemiyası səbəbindən bu il mükafatlandırma mərasimi təşkil edilməyəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Nobel Fondunun rəhbəri Lars Heikensten açıqlama verib. O bildirib ki, bu, hər kəsin bəzi fədakarlıqlar etməsi və yeni şərtlərə tamamilə adaptasiya olması lazım olan xüsusi bir ildir.
Təmtəraqlı mərasim keçirilməsə də bu ilin Nobel mükafatçılarının adları açıqlanacaq.
Qeyd edək ki, mərasim sonuncu dəfə 64 il əvvəl, 1956-cı ildə SSRİ-nin Macarıstanı işğal etməsinə etiraz olaraq keçirilməmişdi. Həmçinin Birinci və İkinci Dünya Müharibəsi illərində də tədbir təşkil edilməmişdi.
Məlumat üçün bildirək ki, Nobel mükafatladırma mərasimi hər il dekabrın 10-da keçirilir və tədbirdə 1300 civarında qonaq iştirak edir./Qaynarinfo/