Nobel Sülh Mükafatı almış azərbaycanlıya qarşı HAQSIZLIQ: Xəstəxanaya aparılmasına İCAZƏ VERİLMƏDİ

Nobel Sülh Mükafatı laureatının xəstəxanaya aparılmasına icazə verilməyib.

Yenicag.az xəbər verir ki, bu barədə İранда həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin ailəsi məlumat verib. Ailə ürəyində problem olan və angioqrafiyaya ehtiyacı olan Məhəmmədinin hicab taxmaqdan imtina etdiyi üçün xəstəxanaya köçürülməsinə icazə verilmədiyini açıqlayıb.

Qeyd edək ki, Nərgiz Məhəmmədi Məhsa Əminin ölümündən sonra bir daha hicab taxmayacağını bildirib.

Xuraman Etibarlı