Bu gün Norveçdə 2019-cu il “Nobel həftəsi” çərçivəsində sülh mükafatı təqdim olunub.
Yenicag.az-ın məlumatına görə, mükafatı Efiopiyanın Baş naziri Abiy Əhməd Əli əldə edib.
O, Efiopiya-Eritreya münaqişəsində sülh naminə fəaliyyətlərinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, oktyabrın 14-də son olaraq iqtisadiyyat üzrə Nobel mükafatı təqdim olunacaq.