Normadan çox və az yatmağın zərərləri

Hər il gecə-gündüzün bərabərləşdiyi 21 martdan öncəki cümə günü Ümumdünya Yuxu Günü kimi qeyd olunur.

Yenicag.az xəbər verir ki, bu günlərdə normal yuxunun sağlamlıq üçün mühüm əhəmiyyət kəsb etdiyi bir daha vurğulanır. Mütəxəssislər hesab edir ki, normal yuxu bir çox xəstəliklərin qarşısını alır, eləcə də daha yuxarı yaşlarda qarşıya çıxacaq riskləri önləyir. Normal yuxudan sonra insan daha aktiv, dinc, diqqətli olur. Stress faktorlarının yox edilməsi, immun sisteminin güclənməsi, enerji mübadiləsinin nizamlanması da qaydasında olan yuxu  ilə çox bağlıdır.

Əgər yuxunun bütün mərhələləri normaldırsa, arada oyanmalar olmayıbsa, hər hansı pozuntu ortaya çıxmayıbsa, bu, sağlam yuxu hesab edilir.

Normal yuxu gənc yaşlarda ortaya çıxan bir çox problemlərin qarşısını alır, insanı artıq çəki, ürək damar xəstəlikləri, beyin problemləri, şəkərli diabetdən qoruyur.

Normal yuxu prosesində iştaha, doyumluluq, metabolizmanı tənzimləyən hormonal fon  nizamlanır. Hüceyrə ölümünə yol açan stress faktorları aradan qalxır.

Aparılan araşdırmalara görə 6 saatdan qısa, 10 saatdan çox yatanlar, 6-10 saat yatanlardan daha az yaşayırlar.

Avropadan və Türkiyədən olan araşdırmaçılar hesab edirlər ki, normal yuxu üçün əsasən, bu amillərə diqqət olunmalıdır:

Səhərlər eyni vaxtda oyanmaq;

Axşamla yatağa fiziki olaraq yorğun girməmək,

Yatmaq üçün müəyyən edilmiş yerdə yatmaq;

Nahardan sonrakı saatlarda çay, kofe kimi içkiləri qəbul etməmək./tibb.az/

COP29