!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Norveç azərbaycanlı gəncə siyası mükafat verdi

!Reklam – Yazi

unnamedAzərbaycanlı gənc Norveç Krallığında mötəbər mükafata layiq görülüb. Skandinaviya ölkələrinin ən nüfuzlu qurumlarından olan Vibro İnternational ” Addım Gənclər Təşkilatı”nın sədri Hüseyn Cavadzadəni “Azərbaycanda multikulturalism və demokratiyanın təbliğinə görə” ” Young Politican” mükafatına əsas namizəd olaraq irəli sürüb.

Norveçin kral ailəsi tərəfindən maliyyələşən (Kronprinsparets Fond ) Vibro təşkilatının sədri Fredrik Seka Paulsen Mosis təltiflə bağlı mətbuata açıqlamasında bunları söyləyib. ” Biz davamlı olaraq dünyanın müxtəlif yerlərində yaşayan gənc siyasi liderləri təltif edirik və bu il cənubi qafqaz regionunda Azərbaycan dövlətində bu istiqamətdə çox böyük nailiyyətlər nəzərdən qaçmadı. Hüseyn Cavadzadə və onun rəhbərlik etdiyi Addım Gənclər Təşkilatının fəaliyyəti multikulturalizm və demokratiyanı ən yüksək formada təbliğınə xidmət edir. Çox sevindirici haldırki bu həmdə sizin ölkədə dövlət siyasətinin ayrılmaz bir hissəsidir. İnaniramki ölkəniz belə gənclərin timsalında qısa zamanda böyük reformlara imza atacaq.” Qeyd edək ki azərbaycanlı gəncə mükafat 12 avqust Dünya Gənclər günündə Osloda təntənəli şəkildə təqdim olunacaq.

Qeyd edək ki Hüseyn Cavadzadə Bakıda ziyalı ailəsində anadan olmuşdur. (Görkəmli fizik, professor Cavad Cavadovun nəvəsidir https://az.wikipedia.org/wiki/Cavad_Cavadov ) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristeti ” Sənətşünaslıq” fakultəsi və Ukraina Maliyyə Akademiyasının məzunudur. 2009 cu ildən ADMİU-da müəllim vəzifəsində çalışır və 2013 cü ildə “Addım Gənclər Təşkilatı”nın yaradıcısı və rəhbəridir.

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv