!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Norveç səfirliyinin bağlanması qərarına YAP-dan reaksiya: “Bu yanaşmanı qəbul etmirik”

!Reklam – Yazi

“Ölkələrə demokratiyaya görə qiymət verilməsi əlbəttə ki, yolverilməzdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Norveç Krallığının Azərbaycandakı səfirliyinin fəaliyyətinin dayandırılması haqqında qərarına münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə deyib.

Norveç Krallığı Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda fəaliyyət göstərən yeganə səfirliyinin yerini dəyişmək qərarına gəlib. Sözügedən Skandinaviya ölkəsinin hökuməti həmin səfirliyin artıq Bakıda deyil, Gürcüstanın paytaxtı Tiflisdə yerləşməsini məqsədəuyğun sayıb.

Qərara əsasən, bundan sonra Norveçin Türkiyədəki səfirliyi həm də Azərbaycanla bağlı məsələlərlə məşğul olacaq. Bakıda isə səfirliyin əvəzinə Baş konsulluq yaradılacaq.

Bu barədə məlumat verən Norveçin xarici işlər naziri İne Mari Eriksen sözügedən qərarı “Gürcüstanın aparılan islahatlar sayəsində Avroatlantik strukturlarla daha çox yaxınlaşması” ilə əlaqələndirib:
“Gürcüstan Cənubi Qafqazda bizim əsas tərəfdaşımızdır. Aparılan islahatlar bu ölkəni Avropa və Avroatlantik strukturlara xeyli yaxınlaşdırıb. Tiflisdə daimi nümayəndəliyimizin fəaliyyət göstərməsi regionda hadisələrin inkişafını daha yaxşı izləməyimizə imkan verəcək”.

Norveçin məlum qərarını və İne Mari Eriksenin Bakıdakı səfirliyin bağlanması ilə əlaqədar izahını Yenicag.az-a dəyərləndirən millət vəkili Aydın Mirzəzadə bu addımı rəsmi Oslonun daxili işi kimi qiymətləndirib:
“Hansısa ölkədə səfirlik açmaq, yaxud da bağlamaq onların hüququ və daxili işləridir. Ancaq onun ölkələrə demokratiyaya görə qiymət verməsi əlbəttə ki, yolverilməzdir. Ölkələrin bir-birilərinin daxili işlərinə qarışmamaq, bir-biriləri ilə mehriban qonşuluq siyasəti yürütmək kimi beynəlxalq prinsiplər var. Biz o cür yanaşmaları qəbul etmirik.

O ki qaldı Norveçin Azərbaycandakı diplomatik nümayəndəliyinin səviyyəsinin aşağı salınmasına, yenə deyirəm, bu, həmin ölkənin öz işidir. Azərbaycanın Norveçlə əlaqələri bundan sonra da daim hər iki tərəfin milli maraqlarına uyğun gələn ortaq nöqtələrin tapılmasına yönələcək.

Azərbaycan Norveçdə öz maraqlarını qoruyacaq. Eyni zamanda, Norveçin Azərbaycanda maraqları varsa, buna öz qanunvericiliyi və suverenliyi daxilində hörmətlə yanaşacaq”.

A.Zeynalov

www.yenicag.az

4172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv