Norveç yığması Bakıda

2322“Avro-2016”nın seçmə mərhələsində sabah millimizin qonağı olacaq Norveç yığması artıq Bakıdadır.

Məlumata görə, rəqib komandanı paytaxtımıza gətirən təyyarə dünən axşam saatlarında hava limanında yerə enib.

Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmonun bu gün saat 18:00-da mətbuat konfransı baş tutacaq. Yarım saat sonra isə komanda yığmamızla oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Norveç oyunu saat 21:00-da başlayacaq. (qol.az)