Norveçdə məscid atəşə tutuldu

Norveçin paytaxtı Oslonun ətrafında yerləşən məsciddə atışma nəticəsində bir nəfər yaralanıb, atəş açan şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə yerli polisə istinadən “Dagbladet” nəşri məlumat yayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və çoxlu sayda “təcili yardım” maşınları gəlib.

Zərərçəkmiş yüngül xəsarət alıb.