Nostradamusun 3-cü Dünya Müharibəsi öngörüsü: Dəhşətli proqnoz

Rusiyanın Ukraynaya hərbi təcavüzü davam edərkən məşhur kahin Mişel de Notrdamın (Nastradamus) Üçüncü Dünya Müharibəsilə bağlı kəhanəti gündəmə çevrilib.

Yenicag.az xəbər verir ki, Nostradamusun 1555-ci ildə qələmə aldığı “Les Prophéties” adlı kitabda Üçüncü Dünya Müharibəsinin başlama tarixini bildirdiyi iddia edilib.

Kitabda 3-cü Dünya Müharibəsinin başlama tarixi kimi 2022-ci ilin yaz aylarının qeyd edildiyi bildirilir. Nostradamus kitabda savaşın Avropaya sıçrayacağını da vurğulayır.

Öncəgörmələri arasında Fransanın işğal edilməsi də olan Nostradamus 2022-ci ildə Yerə böyük asteroidin düşəcəyini də yazıb.

Mənbə: Haber Global