Notariat fəaliyyəti üçün şəhadətnamə almaq istəyənlər test imtahanı verdilər

Dövlət İmtahan Mərkəzi (DİM) və Ədliyyə Nazirliyi sentyabrın 30-da notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün 135 namizəd qeydiyyatdan keçib. 9 namizəd imtahana gəlməyib. 48 namizəd müsabiqə şərtini ödəyərək ikinci mərhələyə – müsahibəyə buraxılıb.