Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Notariuslar vergidən azad edildi

Notariuslar depozit və cari hesablarından pul vəsaitinin nağdlaşdırılmasına görə sadələşdirilmiş vergi ödəməyəcəklər.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.

Məlumata əsasən, bu haqda əlaqədar mövzu ilə bağlı ABA tərəfindən Vergilər Nazirliyinə ünvanlanmış sorğunun cavabında qeyd olunub. Notariuslar tərəfindən öz fəaliyyətləri ilə bağlı bankda olan depozit və cari hesablarından pul vəsaitinin nağdlaşdırılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Yeniçağ.az

www.yenicag.az

455