!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Notr-Dam yanğını zamanı qurtarılan tarixi əsərlər - SİYAHI

!Reklam – Yazi

Fransanın paytaxtı Parisdə yerləşən 850 illik tarixə malik Notr-Dam kilsəsində baş vermiş yanğın nəticəsində binanın daxilində olan əsərlərin əksəriyyəti yanıb.

Yenicag.az xəbər verir ki, bəzi əsərlərin zərər almasına baxmayaraq, onlar qurtarılaraq Luvr muzeyinə aparılacaq.

Həmin tarixi əsərlər bunlardır:

1. Notr-Dam Kafedralının damı yansa da, ümumilikdə əsas bina və Kilsə Zəngi yanğından xilas olunub.

2. İsa peyğəmbərin çarmıxa çəkilməzdən əvvəl başına qoyulan “Tikanlı Tac” qurtarılanlar siyahısındadır. Qeyd edək ki həmin tac Notr-Damın ən dəyərli dini simvollarından biri sayılır.

3. Kafedralın təxminən 400-ə yaxın pilləkənlərlə çıxılan damında da canavar şəklində heykəllər var. Yağış suyunun təxliyyəsi üçün önəmli olan bu heykəllər də yanğında zərər görməyib.

4. Fransız İnqilabı zamanı zərər görən 28 heykəlin tapıldığı “Krallar Qalereyası” da yanğından xilas oluna bilib.

5. Əsas girişin üzərindəki qızılgül pəncərəsinin önündə yerləşən Məryəm Ana və İsa heykəli də həmin siyahıdadır.

6. Katolik kilsəsi tərəfindən əziz elan edilmiş yeganə Kral Luisin geyindiyi kaftan da qurtarılıb.

7. Kafedralın gözəçarpan dekorasiyasını qızılgül şəklindəki Üç Vitraj təşkil edir. Orta əsrlərdən qalan bu pəncərələrdən “Quzey” istiqamətinə baxan Qızılgül Pəncərəsi zərər görməyib. Həmin pəncərədə İncildən hekayələr təsvir edilib.

Tahirə Nur

www.yenicag.az

3578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv