!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Notr-Damın bərpası 5 yoxsa 15 il çəkəcək? - Təzadlı açıqlama

!Reklam – Yazi

“Notr-Dam kilsəsinin 5 il ərzində rekonstruksiya ediləcəyi gözlənilir”.

Yenicag.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Fransanın Tarixi Abidələrin Bərpası Şirkətləri Qrupunun (GMH) nümayəndəsi Frederik Letoffe isə Notr-Dam-ın bərpasının 10-15 ilə başa gələcəyini bildirib:

“Bununla bağlı çox fikirlər səslənib. Hətta kilsənin 3-4 ilə bərpa etməyin mümkünlüyündən də danışıldı. Lakin real vəziyyət başqadır. Biz abidəni bərpa etməzdən əvvəl onun tam təhlükəsizliyini təmin etmək üçün üzərində işləməliyik. Birinci mərhələ isə məhv olmuş tavanın yerinə çətir ilə böyük “iskele” tikməkdən ibarət olacaq”.

Ekspert bərpa işlərinin 3 mərhələdən ibarət olacağını əlavə edib.

Ekspertlər ümumilikdə abidənin çökmək fərziyəsini təkzib ediblər. Lakin tikilinin soyuduqca bəzi yerdəyişmə hallarına məruz qala biləcəyi ehtimalı hələ də qalır.

www.yenicag.az

2183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv