Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq olunub.
Yenicag.az xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən icasında verilib.
İclasda bildirilib ki, seçkilərlə bağlı 5 375 967 bildirişin çap edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.