!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar seçkilərdə Paşinyan uduzacaq - Politoloqdan proqnoz

!Reklam – Yazi

Paşinyan Ermənistanda baş nazir seçildikdən sonra Azərbaycan-Ermənistan arasındakı danışıqlar tamamilə dayandırılıb.

Bu azmış kimi iki ölkə arasında bir-birinə qarşı bəyanatlar da sərtləşib. Paşinyan belə desək, Dağlıq Qarabağı su yoluna döndərib. O, hakimiyyətdə olduğu bir neçə ayda artıq bir neçə dəfə Dağlıq Qarabağa, cəbhə bölgəsinə səfərlər edib.

Regionda baş verən son hadisələri politoloq Elşən Manafov Yenicag.az-a şərh edib.

Politoloq bildirib ki, Paşinyanın verdiyi bəyanatlar avantürist xarakter daşıyır və bölgənin təhlükəsizliyi baxımından ümumiyyətlə anlaşılan deyil:

“Ermənistan Cənubi Qafqazda yerləşən və münaqişəyə cəlb olunan dövlətlərdən biridir. Bu münaqişənin əsas səbəbkarı da məhz Ermənistan özüdür. Paşinyanın açıqlamaları Azərbaycana bir daha əsas verir ki, Qarabağ münaqişəsində kimin günahkar dövlət olduğunu həm ATƏT-in Minsk qrupuna, həm də beynalxalq birliyə sübut etsin. Paşinyan baş nazir kimi ilk səfərini Dağlıq Qarabağa etdi və ardınca Dağlıq Qarabağa bir neçə səfər həyata keçirdi. Onun baş nazir olaraq Rusiyaya qarşı verdiyi açıqlamalar rəsmi Moskvada kifayət qədər məyusluq və narazılıq yaradıb. Paşinyan hələ müxalifətdə olarkən bəyan edirdi ki, Ermənistanın yolu Qərbə inteqrasiya yoludur, Ermənistan KTMT-dən çıxmalıdır. Paşinyan baş nazir olduqdan sonra hakimiyyətlə bağlı məsuliyyət və Ermənistanın təhlükəsizliyi ilə bağlı reallıqlar onu bu məsələyə ehtiyatlı yanaşmağa sövq edir. Xüsusilə Putinin Ermənistanın keçmiş prezidenti Koçaryana ünvanladığı təbrik sözlərindən sonra Paşinyan anladı ki, Rusiyanın Qarabağ klanının təmsilçiləri ilə isti münasibətləri var. Bu o zaman baş verdi ki, Paşinyan özünün korporativ maraqlarından çıxış edərək Qarabağ klanının nümayəndələrini bir-bir həbs etməyə başladı və ya onları həbslə hədələdi. Digər tərəfdən, Paşinyanın özünün baş nazir seçilməsinə baxmayaraq, hakimiyyətdə və parlamentdə qüvvələr nisbəti Qarabağ klanının xeyrinədir. Bu da onu göstərir ki, qarşıdan gələn növbədənkənar parlament seçkilərində Paşinyan uduzacaq. Parlamentdə qüvvələr nisbəti Paşinyanın xerinə deyil, ölkənin bank və maliyyə sektoru hələ də Qarabağ klanının əlindədir”.

Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətlərinə gəldikdə isə politoloq bunları qeyd edib:

“Paşinyanın təyin etdiyi mədəniyyət naziri bəyan etdi ki, ermənistanda rus dilinin tədrisi dayandırılmalıdır. Ermənistanın strateji müttəfiqi Rusiya olduğu halda, Gümrüdə Rusiya qoşunları olduğu halda, Rusiyanın indiki iqtidarının Ermənistana kifayət qədər təsiredici gücü olduğu halda, Paşinyanın təyin etdiyi nazir Ermənistanda rus dili tədrisini yasaq etmək istəyir. Təbii ki, Ermənistan iqtidarının perspektivdə Rusiyanın təsir dairəsindən qurtularaq Qərblə təmasa girmək və inteqrasiya etmək cəhdləri ona baha başa gələcək. Paşinyanın Soçidə Putin tərəfindən soyuq qarşılandığını hər kəs gördü. Halbuki, Azərbaycan prezidentinin Rusiya səfərində isti qarşılanması, Putinin Bakı səfəri onu göstərir ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər artıq strateji əməkdaşlıq deyil, strateji müttəfiqlik anlamına gəlir. Bütün bunlar Ermənistanı narahat etməyə bilməz”.

Elşən Manafov sonda bildirib ki, bütün olanlara baxdıqda Paşinyanın sərsəm bəyanatlar səsləndirməsi, Azərbaycanı müharibə ilə hədələməsi onun əlacsız olduğunu göstərir.

Səxavət Məmməd

www.yenicag.az

3926
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv