Növbədənkənar sessiyanın növbəti iclasının VAXTI

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub.

Yenicag.az xəbər verir ki, parlamentin növbəti toplantısının iyunun 11-də keçilməsi nəzərdə tutulur.

İclasın gündəliyi barədə isə yaxın vaxtlarda əlavə məlumat veriləcək.