!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbəti devalvasiyanın vaxtı açıqlandı – ŞOK

!Reklam – Yazi

images“Neftin qiymətində kəskin azalmalar yenidən müşahidə olunarsa, bəzi xarici ekspertlərin proqnozlaşdırdığı kimi “qara qızıl”ın bir barreli 25 dollardək enərsə, o zaman təbii ki, manatın yenidən zəifləməsi mümkündür. Yəni növbəti bir devalvasiya təhlükəsi hələlik sovuşmayıb. Çünki, dövlət gəlirlərinin formalaşmasında neft sektoru həlledici rol oynayır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov söylədi: “İkinci devalvasiyanın olacağı əslində gözlənilirdi. Mərkəzi Bankın üzən məzənnə sisteminə keçiddən yayına bilməyəcəyini demişdik. Çünki neftin dünya bazarında qiymətinin kəskin aşağı düşməsi, dolların möhkəmlənməsi, region ölkələrində milli valyutaların dəyər itirməsi birmənalı şəkildə ölkəmizdə də üzən məzənnə sisteminə keçidlə bağlı qərar verilməsinə gətirib çıxarmalı idi. Mərkəzi Bank da belə bir addım atdı. Çünki, Mərkəzi Bankın xarici valyuta rezervləri də kəskin aşağı düşüb, bu da olduqca neqativ məqam idi. Artıq manatın məzənnəsi bazar tərəfindən müəyyənləşir. Gələcəkdə də neftin qiyməti kəskin azalarsa, bu halda təbii ki, manatın məzənnəsinin yenidən dəyər itirəcəyi mümkündür. Yəni manatın məzənnəsinin yenidən azalması o halda müşahidə olunacaq ki, ölkəyə daxil olan valyutanın həcmi azalsın. Bu da iki halda baş verə bilər. Neftin dünya bazarında qiymətinin daha da ucuzlaşması və qonşu ölkələrdə yeni devalvasiyanın baş verməsi halında. Məsələn, əsas ticarət tərəfdaşlarımızdan olan Rusiyada yeni devalvasiya manata iqtisadi və psixoloji təzyiqləri artıra bilər. Bu halda manatın yeni bir ucuzlaşması istisna edilmir. Amma bütün hallarda manatın məzənnəsini neftin dünya bazarındakı qiyməti müəyyənləşdirəcək. Yeni bir devalvasiyanın olması təhlükəsi birbaşa olaraq neftin dünya bazarındakı qiymətindən asılı olacaq”.

ELÇİN

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv