!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbəti əməliyyatın istiqaməti: Sərsəng gölü... – Ehtiyatda olan POLKOVNİK

!Reklam – Yazi

“Danışıqlar baş tutmasa, ordumuz Sərsəng istiqamətində əməliyyat keçirə bilər”.

Bu fikri Qarabağ ətrafında baş verən proseslər, hərbi aktivliyin olma ehtimalını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, ruslar Azərbaycan ordusunun əməliyyat keçirməsinə imkan vermir:

“Son zamanlar Vaşinqtonda, Brüsseldə də Moskvada görüşlər keçirildi. Təsadüfi deyil ki, Vaşinqton görüşü ərəfəsində atəşkəs pozuldu, hər iki tərəfdən itkilər oldu. Laçın dəhlizi bağlanandan sonra Ermənistandakı 5-ci kolon aktiv hərəkətə keçdi. Bu da Nikol Paşinyanın əlini gücləndirdi.

Gərginliyin artmasında Rusiyanın birbaşa rolu var. Rusiya sülhməramlı kontingentinin Qarabağda qalması çoxlu əngəllər yaradır. İmkan vermir ki, Azərbaycan ordusu əməliyyat keçirsin. Qarabağ daxilində hərəkətlilik müşahidə olunur. Son zamanlar hərbi təlimlərə məktəbliləri də cəlb edirlər. Ermənilərin gücü yoxdur, ancaq atəşkəsi pozaraq Azərbaycanı dünya ictimaiyyəti qarşısında işğalçı ölkə kimi qələmə verməkdə maraqlı qüvvələr var.

Sərsəng gölündə monitorinq keçirildi. Bakı ilə İrəvan arasında hansısa razılaşma var idi, ancaq Sərsənglə bağlı fəaliyyətə imkan verilmədi. Bunun başında da Rusiya durur. Orada ekoloji problemin olacağını görürük. Güman edirəm ki, danışıqlar baş tutmasa, ordumuz Sərsəng istiqamətində əməliyyat keçirə bilər və oranı nəzarəti altına ala bilər”.

Səxavət Məmməd

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv